2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

A- A A+

Polşa millisi futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında Uelsə qalib gəlib.

NUHÇIXAN-ın məlumatına görə, Polşa yığması turnirin final mərhələsinin sonuncu iştirakçısı olub, bundan əvvəl Gürcüstan və Ukrayna komandaları analoji uğura imza atıblar.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə polşalı futbolçular daha dəqiq olub - 5:4.

Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.

Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:

A qrupu

Almaniya, Şotlandiya, Macarıstan və İsveçrə;

B qrupu

İspaniya, Xorvatiya, İtaliya və Albaniya;

C qrupu

Sloveniya, Danimarka, Serbiya və İngiltərə;

D qrupu

Polşa, Niderland, Avstriya və Fransa;

E qrupu

Belçika, Slovakiya, Rumıniya və Ukrayna

F qrupu

Türkiyə, Gürcüstan, Portuqaliya və Çexiya.

Hər qrupdan iki ən yaxşı komanda və ən yaxşı nəticə göstərərək üçüncü yeri tutan dörd komanda Avropa çempionatının 1/8 final mərhələsinə yüksələcək.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: