Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

A- A A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlərin adlarını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, 17 qapıçının yer aldığı siyahıya ispaniyalı Pepe Reyna başçılıq edir. Hazırda ölkəsinin “Vilyarreal” komandasının formasını geyinən 43 yaşlı qolkiper avrokuboklar və klublararası dünya çempionatında keçirdiyi 79 matçda qol buraxmayıb. Braziliyalı Rojerio Seni (73) ikinci, onun həmyerlisi Dida (72) isə üçüncü pillədə qərarlaşıb.

Beynəlxalq klub turnirlərində ən çox “quru oyun” keçirən qapıçılar:

1. Pepe Reyna (İspaniya) – 79 (2000-)

2. Rojerio Seni (Braziliya) – 73 (1993-2015)

3. Dida (Braziliya) – 72 (1994-2014)

4. Edvin van der Sar (Niderland) – 71 (1992-2011)

5. Canluici Buffon (İtaliya) – 69 (1996-2020)

6. İker Kasilyas (İspaniya) – 65 (1999-2019)

7. Moez Ben Çerifia (Tunis) – 60 (2010-)

8-9. Petr Çex (Çexiya) – 59 (2000-2019)

Manuel Noyer (Almaniya) – 59 (2007-)

10. Viktor Valdes (İspaniya) – 55 (2002-2014)

11. Franko Armani (Argentina) – 54 (2013-)

12-14. Rey Klemens (İngiltərə) – 53 (1969-1985)

Veverton (Braziliya) – 53 (2014-)

Fabio (Braziliya) – 53 (2001-)

15. Santyaqo Kanisares (İspaniya) – 51 (1994-2007)

16-17. Ever Almeyda (Paraqvay) – 50 (1973-1990)

Mariano Anduxar (Argentina) – 50 (2005-)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: