“Mançester Yunayted”in hücumçusu AVRO-2024-ü buraxa bilər

A- A A+

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford AVRO-2024-ü buraxa bilər.

NUHÇIXAN-ın “Telegraph” nəşrinə istinadən məlumatına görə, buna səbəb 26 yaşlı hücumçunun formada olmamasıdır.

Onun hazırkı durumu yığmanın baş məşqçisi Qaret Sautqeyti qane etmir. Mütəxəssis ulduz futbolçuya əvvəlki formasını bərpa etməyi tapşırıb. Əks təqdirdə, Reşford Avropa çempionatına yollanacaq “23-lüy”ə salınmayacaq.

Qeyd edək ki, İngiltərə millisi 14 iyun–14 iyul aralığında keçiriləcək qitə birinciliyində Sloveniya, Danimarka və Serbiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: