Azərbaycan minifutbol yığması Monteneqroda təlim-məşq toplanışı keçəcək.
NUHÇIXAN - ın məlumatına görə, bu barədə millinin baş məşqçisi Elşad Quliyev məlumat verib.
O bildirib ki, komanda 24 aprel – 2 may aralığında adıçəkilən ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı iyunda Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.
Baş məşqçi aprelin 3-də keçiriləcək Azərbaycan çempionatının pley-off oyunlarından sonra 20 nəfərlik heyəti açıqlayacağını da sözlərinə əlavə edib. Bu həm də Avropa çempionatı üçün ilkin heyət olacaq. Belə ki, yığmaya dəvət alacaq 20 oyunçudan 17-si qitə birinciliyinə aparılacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevoda baş tutacaq.