Manuel Noyer Almaniya derbisini buraxacaq

A- A A+

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer zədə səbəbindən Bundesliqanın 27-ci turunda "Borussiya"ya (Dortmund) qarşı keçirəcəkləri matçı buraxacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel oyundan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.

Mütəxəssis qolkiperlə yanaşı, Aleksandr Pavloviç, Rafael Gereyro və Saşa Boenin də eyni səbəbdən Almaniya derbisində iştirak etməyəcəyini bildirib. Komanda ilə məşqlərə başlayan hücumçu Harri Keynin isə start heyətində meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Bavariya" ilə "Borussiya" martın 30-da, Bakı vaxtı ilə saat 21:30-da "Allianz Arena"da qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: