Azərbaycanın daha üç cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bu gün tatamiyə çıxacaq.
NUHÇIXAN xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında 73 kiloqram çəkidə Vüsal Qələndərzadə filippinli Keysey Nakanu, Rəşid Məmmədəliyev bolqarıstanlı Mark Xristovu sınağa çəkəcək.
81 kiloqramda isə Ömər Rəcəbli portuqaliyalı Joau Fernandu ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün yarışa qoşulan yığmanın üç üzvü turniri medalsız başa vurub. Martın 31-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.