Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
NUHÇIXAN-ın məlumatına görə, 45 kq çəki dərəcəsində çıxış edən idmançı beşinci yeri tutub.
O, toplam 127 kq-ın (55+72) öhdəsindən gələ bilib.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur.