Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 2025-ci ildə Braziliyaya qayıdacaq.
NUHÇIXAN-ın xarici mətbuata istinadən məlumatına görə, hücumçu ilk klubu “Santos”a dönmək qərarına gəlib.
32 yaşlı forvardın “Əl-Hilal”la müqavilə müddəti məhz gələn il bitəcək. Ulduz futbolçu həmin vaxt azad agent kimi “Santos”a qayıtmağı planlaşdırır. Braziliya millisinin üzvü bu barədə klub rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib.