Portuqaliyanın "Benfika" klubu argentinalı dünya çempionu Anxel Di Mariya ilə müqavilənin müddətini uzatmaq istəyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira bildirib.
Lissabon klubu 36 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər uzatmaq niyyətindədir. Hazırkı anlaşma cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Anxel Di Mariya bu mövsüm "Benfika"nın heyətində keçirdiyi 41 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.