“Liverpul” “Şeffild”lə oyunda tarixi rekorda imza atıb

A- A A+

“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Şeffild Yunayted”ə qarşı oyunda topa sahibolma göstəricisinə görə tarixi rekorda imza atıb.

NUHÇIXAN xəbər verir ki, hesablamanı “Opta” idman analitikası şirkəti aparıb.

2003/2004 mövsümündən bəri hesablama aparan şirkətin verilənlərinə əsasən, “Enfild”də baş tutmuş “Liverpul” – “Şeffild Yunayted” oyununda “qırmızılar”ın topa sahibliyi 83,1 % olub ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.

Bildirilib ki, öncəki rekord buna 2018-ci ildə nail olmuş “Mançester Siti”yə məxsus idi. Beş il öncə “şəhərlilər” “Suonsi” ilə oyunda 82,9 % topa sahibolma göstəricisinə malik olublar. Digər üç yüksək göstəricilər də Yürgen Kloppun “Liverpul”u və Pep Qvardiolanın “Mançester Siti”sinin rəqiblərinə qarşı oyunlarında qeydə alınıb.

Xatırladaq ki, “Liverpul” – “Şeffild Yunayted” matçı Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Liverpul” turnir cədvəlindəki ağalığını bərpa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: