AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Neftçi”nin “Qarabağ”la ev görüşündə 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Bununla yanaşı, matç bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması Bakı təmsilçisini 800 manat ziyana salıb.
“Qarabağ” azarkeşlərinin kütləvi şəkildə rəqib futbolçuları təhqir etməsi isə Ağdam klubunun 1000 manat cərimələnməsinə səbəb olub.