İspaniyanın “Barselona” futbol klubu 2019-cu ildə kommersiya məqsədilə hazırkı adını dəyişəcək “Camp Nou” stadionunda oynamağa davam edəcək. Ad dəyişikliyi kluba böyük həcmdə reklam gəliri gətirəcək.
NUHÇIXAN-ın məlumatına görə, aprel ayında təqdimatı olacaq irimiqyaslı “Espai Barça” layihəsinə isə 639 milyon avro sərmayə qoyulmalıdır. Stadionun əsaslı rekonstruksiya işləri yay aylarında başlayacaq və ilk mərhələdə buna 72 milyon avro vəsait xərclənəcək. Klubun yeni iqtisadi kursunun məsuliyyətini onun prezidenti Xosep Mariya Baromeu daşıyır. Rekonstruksiya işləri 2022-ci ildə - onun prezidentlik müddətinin başa çatmasından sonra yekunlaşacaq.
“Barselona” üçün ən əlamətdar hadisələrdən biri iyunun 1-də Madridin “Metropolitano” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının final matçı olacaq. Məşhur argentinalı Leo Messinin komandanın hücumçusu və kapitanı olmasına baxmayaraq, klub üç il ard-arda Avropa turnirinin yarımfinal mərhələsinə çıxa bilməyib. Hər üç halda “Barselona” dörddəbir finalda uğursuzluğa düçar olub. Ən acı məğlubiyyət isə İtaliyanın “Roma” klubuna 1:4 hesabı ilə uduzması sayıla bilər. Bununla belə, “Barselona” İspaniya kubokunun son dörd mərhələsində müvəffəqiyyət qazana bilib. Bu səbəbdən builki UEFA turniri həm komanda, həm də klubda qalacağına qərar verəcəyi təqdirdə baş məşqçi Valverde üçün çox mühüm olacaq.
2019-cu ildə Kataloniya komandasının heyətində çilili Arturo Vidal, fransızlar Usman Dembele və Kleman Lenqle, ispan Jordi Alba, xorvat İvan Rakitiç, braziliyalılar Artur Melo və 120 milyon avroya alınan klubun ən “bahalı” futbolçusu Filippe Koutinyo, həmçinin hollandiyalılar Matteys de Liqt və Frenki de Yonq kimi tanınmış futbolçular meydançaya çıxacaqlar.