Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi İstanbul təmsilçisinin tarixinə düşüb.
NUHÇIXAN "NTV Spor"a istinadən xəbər verir ki, argentinalı hücumçu "Fənərbağça"ya qarşı Superkubok uğrunda oyunun 50-ci saniyəsində fərqlənməklə buna nail olub.
Forvard tərəflər arasında İstanbul derbisində ən erkən qolun müəllifi ünvanına sahib çıxıb. Daha əvvəl 1984-cü ildə Mirza Seydic "Fənərbağça" ilə görüşün 55-ci saniyəsində qol vurmuşdu.
Qeyd edək ki, “Fənərbağça” Superkubokda “Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib. Bu qərar qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası yaxın müddətdə qərarını açıqlayacaq. “Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.