İngiltərənin “Everton” klubunun 2 xalı silinib.
NUHÇIXAN “The Athletic”ə istinadən xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.
Qeyd edək ki, ötən il eyni səbəbə görə Şon Dayçın komandasının 10 xalı silinib. Lakin apellyasiya şikayəti verən “Everton"un 4 xalı bərpa olunub.