“Vilyareal”ın italiyalı hücumçusu Nikola Sansone və komanda yoldaşı, yarımmüdafiəçi Roberto Soriano 6 ay müddətində icarə əsasında “Bolonya”da çıxış edəcək.
NUHÇIXAN “football-italia” idman saytına istinadla xəbər verir ki, bu barədə “Bolonya” klubunun rəsmi saytında məlumat verilib.
Məlumata görə, klub müəyyən şərtlərin yerinə yetiriləcəyi təqdirdə N.Sansone ilə uzun müddətə müqavilə imzalaya bilər, R.Sorianonu isə almaq ehtimalına sahibdir.