“Barselona”nın futbolçuları tarixə düşüblər

A- A A+

İspaniya təmsilçisi “Barselona”nın futbolçuları Rafinya və Lamin Yamal klubun tarixinə düşüblər.

NUHÇIXAN xəbər verir ki, adıçəkilən oyunçular UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Fransanın PSJ klubu ilə cavab matçında bunu gerçəkləşdiriblər.

Qarşılaşmada hesabı açan Rafinya kataloniyalıların turnirdəki 600-cü qolunun müəllifi olub. Ona məhsuldar ötürmə verən Yamal isə pley-offlarda assist edən ən gənc oyunçu ünvanını ələ keçirib. Yamal 16 yaş 278 günlüyündə bunu bacarıb.

Bundan başqa, “Barselona” tarixində ilk dəfə pley-offun birinci görüşündə səfərdə qələbə qazandıqdan sonra ÇL-də mərhələ adlaya bilməyib.

Qeyd edək ki, Parisdə 3:2 hesablı qələbə qazanan “Barselona” öz meydanında 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Mübarizəni davam etdirən PSJ yarımfinalda Almaniyanın “Borussiya” (Dortmund) klubuna rəqib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: