Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında vurulan qolların sayına görə isveçli Zlatan İbrahimoviç və ukraynalı Andrey Şevçenkoya çatıb.
NUHÇIXAN-ın məlumatına görə, 25 yaşlı hücumçu buna İspaniyada "Barselona"ya qalib gəldikləri 1/4 final mərhələsinin cavab matçında dubl etməklə nail olub.
Forvard qitənin bir nömrəli klub turnirində 48 dəfə fərqlənib.
O, İbrahimoviç və Şevçenko ilə birlikdə 9-cu pillədə qərarlaşıb. Rekord portuqaliyalı Kriştianu Ronalduya məxsusdur.
Çempionlar Liqasının bombardirləri
1. Kriştianu Ronaldu - 140 qol
2. Lionel Messi - 129
3. Robert Levandovski - 94
4. Kərim Benzema - 90
5. Raul Qonsales - 71
6. Rud van Nistelroy - 56
7. Tomas Müller - 54
8. Tyerri Anri - 50
9. Kilian Mbappe, Andrey Şevçenko, Zlatan İbrahimoviç - 48