"Roma" Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə "Milan"ı məğlub edib.
NUHÇIXAN-ın məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.
Qaliblərin qollarını Canluka Mançini və Paulo Dibala vurub, qonaqların heyətində isə Matteo Qabbia fərqlənib.
31-ci dəqiqədən müdafiəçi Zeki Çelik meydandan qovulduqdan sonra romalılar azlıqda oynayıblar.
İki görüşün yekununa əsasən, "Roma" (1:0, 2:1) yarımfinala yüksəlib, komanda Almaniyanın "Bayer"i ilə oynayacaq.