Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.
NUHÇIXAN xəbər verir ki, yarışın üçüncü günündə idmançımız Zöhrə Ağamirova fərdi yarışda iki növ proqramda iştirak edəcək. O, halqa və lentlə çıxışını nümayiş etdirəcək.
Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandası da iki finalda mübarizə aparacaq. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda beş halqa, həmçinin üç lent və iki top ilə çıxış edəcək.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.