“Liverpul”un qapıçısı Alison Beker hazırda dünyanın ən yaxşı qapıçısıdır.
NUHÇIXAN xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın mötəbər “FourFourTwo” jurnalı gəlib.
Braziliyalı qapıçının başçılıq etdiyi reytinqin ikinci pilləsində onun həmvətəni Ederson Moraes (“Mançester Siti”) qərarlaşıb. İlk üçlüyü isə “Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen qapayıb.
“FourFourTwo”ya görə hazırda dünyanın ən yaxşı 10 qapıçısı:
Alison Bekker (“Liverpul”);
Ederson Moraes (“Mançester Siti”);
Mark-Andre ter Ştegen (“Barselona”);
Emiliano Martines (“Aston Villa”);
Mik Menyan (“Milan”);
Yan Zommer (“İnter”);
Canluici Donnarumma (PSJ);
Lukaş Hradetski (“Bayer 04”);
Diogu Coşta (“Portu”);
Manuel Noyer (“Bavariya”).
Xatırladaq ki, daha əvvəl futbol nəşri tarixin ən yaxşı britaniyalı futbolçularının adını açıqlamışdı.