“Real” keçmiş futbolçusunun oğlu ilə müqaviləni yeniləyib

A- A A+

İspaniyanın "Real" klubu braziliyalı keçmiş futbolçusu Marselonun oğlu Entso Alveşlə yeni müqavilə imzalayıb.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilə qədər uzadılıb.

Entso bu mövsüm “Real”ın heyətində vurduğu 17 qolla bombardirlər siyahısına başçılıq edir. O, bir müddət öncə İspaniyanın U-15 millisində də debüt edib və ikinci oyununda fərqlənməyi bacarıb.

Qeyd edək ki, Entsonun atası Marselo hazırda Braziliyanın “Fluminense” klubunda çıxış edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: