Premyer Liqa: "Zirə" "Turan Tovuz"la, "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.

NUHÇIXAN-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahiblər 42 xalla 7-ci, paytaxt klubu 49 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Araz-Naxçıvan"la "Sabah" komandaları üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi 35 xalla 9-cu, qonaqlar 49 xalla 5-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXIII tur

16:30. Turan Tovuz” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan” –“ Sabah”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Liv Bona Dea Arena”

Qeyd edək ki, ötən gün "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib - 1:0. "Qarabağ" isə "Neftçi"ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da "Səbail" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: