Türkiyə Superliqası: "Fənərbağça" çempionluq yarışında vacib xal itirib

A- A A+

Türkiyənin “Fənərbağça” klubu Superliqanın XXXV turunda qarşılaşdığı “Konyaspor”la matçda xal itkisi ilə üzləşib.

NUHÇIXAN xəbər verir ki, İsmayıl Kartalın yetirmələri səfərdə heç-heçəyə razılaşıb - 0:0.

Bu nəticənin ardından turnir cədvəlində ikinci sırada qərarlaşan “sarı-lacivərdlilər”in əzəli rəqibi “Qalatasaray”la xal fərqi 6-ya yüksəlib.

Qeyd edək ki, Türkiyə çempionatının başa çatmasına 3 tur qalmış Okan Burukun komandası 96 xalla liderdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: