Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekordla yadda qalıb.
NUHÇIXAN "Opta Sport"a istinadən xəbər verir ki, PSJ turnirin cari mövsümündə tir və dirəklərə ümumilikdə 14 zərbə endirməklə antirekord müəyyənləşdirib.
Bunlardan 4-ü ÇL-in yarımfinal mərhələsinin Almaniya təmsilçisi "Borussiya" (Dortmund) ilə cavab qarşılaşmasında baş verib. Paris klubu bu rəqiblə iki görüşdə isə ümumilikdə 6 dəfə tir və dirəkləri nişan alıb.
Qeyd edək ki, Parisdə keçirilən görüş dortmundluların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub. İlk oyunda da Almaniya klubu 1:0 hesabı ilə rəqibinə qalib gəlmişdi.
"Borussiya" finalda "Real" - "Bavariya" cütünün qalibi ilə qarşılaşacaq. "Arılar" sonuncu dəfə Çempionlar Liqasının finalında 2013-cü, PSJ isə 2020-ci ildə oynamışdı.