Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaqlar

A- A A+

Azərbaycanın boks millisi Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Elorda Cup” beynəlxalq turnirində mübarizə aparacaq.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, bu gün start götürəcək yarışda yığmanın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kiloqram), Kamil Babayev (57 kiloqram), Ramazan Abdullayev (63,5 kiloqram), Rasim Çobanlı (75 kiloqram), Murad Allahverdiyev (86 kiloqram) və Məhəmməd Abdullayevi (+92 kiloqram) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan komandaları da qatılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: