Əfsanəvi "Formula 1" pilotu Mixael Şumaxerin kolleksiyasından bəziləri, xüsusi olaraq onun üçün hazırlanmış saatlar hərracda satılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Ümumilikdə hərraca 8 saat çıxarılıb və onların ümumi dəyəri 3,75 milyon avro qiymətləndirilib. Gəlir gözləniləndən az olub və 3 443 755 avro təşkil edib.
Ən bahalı saat isə 1 244 446 avroya satılıb.
Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.