“Yuventus” klubu finalda “Atalanta”ya qalib gələrək 15-ci dəfə İtaliya kubokunun qalibi olub.
NUHÇIXAN-ın məlumatına görə, Romadakı “Stadio Olimpiko”da keçirilən görüş “qoca sinyora”nın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu dördüncü dəqiqədə Andrea Kambiasonun ötürməsini tamamlayan Duşan Vlaxoviç vurub.
Oyunun 72-ci dəqiqəsində Duşan Vlaxoviç ikinci qolu vursa da, VAR sistemi oyundankənar vəziyyət qeydə alıb.
“Yuventus” bu turnirdə qazanılan kubokların sayına görə mütləq rekorda sahibdir (15). Turin komandasının ən yaxın izləyiciləri “Roma” və “İnter” hərəyə 9 dəfə İtaliya kubokunun qalibi olub.