Azərbaycan milli komandasının iyun ayında Albaniya və Qazaxıstan yığmaları ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Albaniya ilə matçın referisi Mixali Kaprali olacaq. Ona yan xətt hakimləri İştvan Elbert və Gerqo Viq-Tarsoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını İştvan Vad yerinə yetirəcək.
Azərbaycan – Qazaxıstan oyununda isə ədaləti Bentse Çonka qoruyacaq. Laynsmanlar Teodoros Georgiu və Balaş Salai, dördüncü hakim isə Reka Molnar olacaqlar.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Albaniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 4 gün sonra oynanılacaq Azərbaycan – Qazaxıstan matçının start fiti isə Bakı vaxtı ilə saat 18:00-da veriləcək. Hər iki qarşılaşma Macarıstanın Sombatxey şəhərindəki Haladaş İdman Kompleksində təşkil olunacaq.