Dünya çempionu olan məşhur futbolçu karyerasını başa vurur

A- A A+

İspaniyanın "Real" klubunun və Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını başa vurur.

NUHÇIXAN xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə instaqram hesabında bildirib.

Təcrübəli oyunçu ölkəsindəki Avropa çempionatından sonra futbolla vidalaşacağını vurğulayıb.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən Madrid klubunda çıxış edir. 2014-cü ildə Almaniya yığması ilə dünya çempionatının qalibi olan futbolçu "Kral klubu" ilə 21 titul qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: