Dünya futbol tarixində ən uzun penaltilər seriyası qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu, İsrail çempionatında “Dimona” və “Şimşon Təl-Əviv” komandaları arasında II Liqaya vəsiqə uğrunda pley-off oyununda baş verib.
Komandalar penaltilər seriyası zamanı qalib müəyyənləşənədək ümumilikdə 56 zərbə yerinə yetiriblər. Yekunda meydan sahibləri daha dəqiq olublar – 23:22.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, əvvəlki rekord 2005-ci ildə Namibiya Kubokunda qeydə alınıb. “Palas” və “Siviks” klublarının görüşündə qalib 48 penalti zərbəsindən sonra bəlli olub.