Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha bir idmançısı mübarizəyə qoşulacaq.
NUHÇIXAN xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev tatamiyə çıxacaq. Avropa çempionunun ilk rəqibi Pyotr Kuçera (Polşa) - Yonqhun Von (Cənubi Koreya) cütünün qalibi olacaq.
Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə yeganə medalı Hidayət Heydərov qazandırıb. O, 73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.