İtaliya klubunun baş məşqçisi vəzifəsindən ayrılıb

A- A A+

İtaliyanın “Bolonya” klubunu çalışdıran Tyaqo Motta postundan ayrılıb.

NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis müqaviləsini yeniləməyəcəyi barədə rəhbərliyi məlumatlandırıb.

Xarci KİV-lərdə yer alan məlumata görə, T.Motta “Yuventus”la razılığa gəlib və Turin təmsilçisi ilə müddəti 2027-ci ilin yayına qədər olacaq müqavilə imzalayacaq.

Qeyd edək ki, İtaliya A Seriyasında mövsümün bitməsinə bir tur qalmış “Bolonya” 68 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: