Dünya çempionu olan Azərbaycan cüdoçusu Vətənə qayıdıb

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Vətənə qayıdıb.

NUHÇIXAN-ın məlumatına görə, cüdoçunu daşıyan təyyarə saat 10:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Onu hava limanında yaxınları, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. Kotsoyevdən başqa Hidayət Heydərov (73 kq) da dünya çempionu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: