Futbol üzrə Türkiyə Superliqasının qalibi bu gün müəyyənləşəcək.
NUHÇIXAN-ın məlumatına görə, sonuncu-XXXVIII turun həlledici qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Çempionluğa iddialı komandalardan "Qalatasaray" "Konyaspor"un qonağı olacaq. "Sarı-qırmızılar" 99 xalla liderdir. Okan Burukun baş məşqçisi olduğu kollektivə titula sahib çıxmaq üçün heç-heçə də kifayət edəcək.
"Fənərbağça" isə İstanbulsporu qəbul edəcək. Meydan sahibləri qələbə qazanmalı və əsas rəqibinin Konyada məğlub olmasını gözləməlidir.