Voleybol üzrə Azərbaycan millisi Slovakiya yığmasını məğlub edib

A- A A+

Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

NUHÇIXAN xəbər verir ki, Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasını sınağa çəkib. Görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:14, 25:12).

Qeyd edək ki, mayın 16-dək Mariborda hazırlıq keçəcək millinin Sloveniya və Xorvatiya kollektivləri ilə yoxlama oyunları da nəzərdə tutulub Yığma ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: