Futbol üzrə Serbiya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.
NUHÇIXAN xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç siyahıya 26 oyunçunun adını daxil edib.
Qapıçılar: Vanya Milinkoviç-Saviç ("Torino", İtaliya), Predraq Raykoviç ("Malyorka", İspaniya), Corce Petroviç ("Çelsi", İngiltərə)
Müdafiəçilər: Strahinya Pavloviç ("Zaltsburq", Avstriya), Nikola Milenkoviç ("Fiorentina", İtaliya), Milo Velkoviç ("Verder", Almaniya), Srcan Babiç ("Spartak", Moskva, Rusiya), Uroş Spayiç ("Srvena Zvezda"), Nemanya Stoyiç (TSÇ)
Yarımmüdafiəçilər: Saşa Lukiç (“Fulhem”, İngiltərə), Nemanya Qudelj (“Sevilya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), İvan İliç (“Torino”, İtaliya), Srcan Mihayloviç (“Srvena Zvezda”), Serqey Milinkoviç-Saviç (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Duşan Tadiç ("Fənərbağça", Türkiyə), Lazar Samaryiç ("Udineze", İtaliya), Velko Birmançeviç ("Sparta", Çexiya), Filip Kostiç ("Yuventus", İtaliya), Filip Mladenoviç ("Panatinaikos", Yunanıstan), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Miyat Qacinoviç (AEK, Yunanıstan)
Hücumçular: Aleksandr Mitroviç ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Luka Yoviç ("Milan" , İtaliya ), Petr Ratkov ("Zaltsburq", Avstriya)
Qeyd edək ki, Serbiya yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün C qrupunda İngiltərə, Danimarka və Sloveniya milliləri ilə üz-üzə gələcək.