2036-cı il Yay Olimpiya Oyunları Qətərin paytaxtı Dohada keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Relevo” portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Qətər tərəfi Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə danışıqları yekunlaşdırır, bütün detallar yaxın vaxtlarda həll olunacaq. Ancaq rəsmi açıqlama 2026-cı ildə verilməlidir.
Bu oyunlara digər iddiaçılar arasında Səudiyyə Ərəbistanı, İspaniya, İndoneziya, Çili, Hindistan və Almaniya da var idi.
Qeyd edək ki, Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edib. Olimpiada ilk dəfə Yaxın Şərqdə keçiriləcək.
Bu il Yay Oyunlarına Paris (Fransa), 2028-ci ildə Los-Anceles (ABŞ), 2032-ci ildə isə Brisben (Avstraliya) ev sahibliyi edəcək.