Laçında "Sağlam həyat" günlərinə start verilib - FOTOLAR

A- A A+

Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində "Sağlam həyat" günlərinə start verib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, uzunluğa tullanma, topatma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

"Sağlam həyat" günləri layihəsi ilk dəfədir işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: