Futbol üzrə Niderland millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
NUHÇIXAN Niderland Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ronald Kuman yığmaya 25 oyunçu dəvət edib.
Qapıçılar: Bart Verbrüggen (“Brayton”, İngiltərə), Mark Flekken (“Brentford”, İngiltərə), Castin Beylo ("Feyenoord"),
Müdafiəçilər: Natan Ake ("Mançester Siti", İngiltərə), Deyli Blind (“Jirona”, İspaniya), Matteys de Lixt (“Bavariya”, Almaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Ceremi Frimponq (“Bayer”, Almaniya), Stefan de Vrij, Denzel Dümfris (hər ikisi “İnter”, İtaliya), Lutşarel Gertreyda (“Feyenoord”), Mikki van de Ven (“Tottenhem”, İngiltərə);
Yarımmüdafiəçilər: Jorjinyo Veynaldum (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Frenki de Yonq (“Barselona”, İspaniya), Yoey Verman, Yerdi Sxauten (hər ikisi PSV), Teyani Reynders (“Milan”, İtaliya), Tön Kopmeyners (“Atalanta”, İtaliya), Rayan Qravenberx (“Liverpul”);
Hücumçular: Stiven Berqveyn, Brayan Brobbi (hər ikisi “Ayaks”), Memfis Depay (“Atletiko”, İspaniya), Vout Veqorst (“Hoffenhaym”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Doniel Malen (“Borussiya Dortmund”, Almaniya).
Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Niderland seçməsi Polşa, Avstriya və Fransa ilə birlikdə D qrupunda mübarizə aparacaq.