"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Naxçıvan təmsilçisindən NUHÇIXAN-a verilən məlumata görə, son olaraq "Turan Tovuz"da çıxış edən qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalanıb.
Bir illik anlaşmaya imza atan 29 yaşlı qolkiper yeni mövsümün sonuna qədər komandada çıxış edəcək.
O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.