Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb.
NUHÇIXAN xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Vitali Borisovun rəhbərlik etdiyi kollektiv V qrupda İsveç, Yunanıstan və Xorvatiya komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Latviya və Litvada təşkil olunacaq.