“Neftçi” klubu baş icraçı direktoru ilə yollarını ayırıb

A- A A+

“Neftçi” klubu baş icraçı direktoru Fərrux Mahmudovla yollarını ayırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə funksioner sosil şəbəkə hesabında məlumat verib.

“Bu gün “Neftçi”nin baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram.

Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq.

Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”, - F. Mahmudov bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: