“Beşiktaş” rəsmisi Valeri Karpinlə bağlı xəbəri təkzib edib

A- A A+

“Beşiktaş”ın futbol departamentinin rəhbərinin köməkçisi Emra Bayraktar klubun Valeri Karpinə maraq göstərməsi ilə bağlı yayılan xəbəri təkzib edib.

NUHÇIXAN xəbər verir ki, o, Rusiya millisinin və "Rostov" klubunun baş məşqçisi ilə maraqlanmadıqlarını bildirib.

“Klubun prezidenti və İdarə Heyətinin üzvləri “Beşiktaş”a yeni baş məşqçi tapmaq üçün çalışırlar. Valeri Karpinə gəlincə, onun barəsində ilk dəfə eşidirəm. O, namizədlərin qısa siyahısında yoxdur”, - E.Bayraktar vurğulayıb.

Qeyd edək ki, "Beşiktaş" aprelin 13-də portuqaliyalı mütəxəssis Fernandu Santuş ilə yollarını ayırıb. Komandanı mövsümün sonunadək Sərdar Topraktəpə çalışdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: