"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo İstanbula gəlir

A- A A+

Türkiyənin "Fənərbağça" klubunun anlaşdığı portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo İstanbula gəlir.

NUHÇIXAN xəbər verir ki, bu barədə klubun rəsmi instaqram səhifəsində edilən paylaşımda məlumat verilib.

Paylaşımda 61 yaşlı mütəxəssis azarkeşləri Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonuna dəvət edib: "Salam, "Fənərbağça" tərəfdarları. Sabah Kadıköydə görüşürük. Gəlin səyahətimizə başlayaq".

Həmçinin bildirilib ki, "sarı-lacivərdlər" çalışdırıcı üçün Bakı vaxtı ilə saat 20:00-da imza mərasimi keçirəcək.

Qeyd edək ki, Joze Mourinyo İstanbul nəhəngi ilə 2 illik müqavilə imzalayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: