Futbol üzrə Azərbaycan kubokunun ilk finalçısı müəyyənləşib

A- A A+

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk cavab oyununda “Sumqayıt” komandası “Keşlə”ni qəbul edib.

Nuhcixan.az  xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Matçın ikinci hissəsində hesab açılıb. Sezar Meza Kolli görüşün 62-ci dəqiqəsində “Keşlə”ni hesabda önə çıxarıb. Bu qoldan iki dəqiqə sonra Cavid İmamverdiyev hesabı bərabərləşdirib - 1:1. Oyun bu hesablada başa çatıb.

Komandalar arasında keçirilən ilk oyunda “Keşlə” komandası “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, iki oyunun nəticəsinə görə “Keşlə” Azərbaycan kubokunun finalına adlayan komanda olub.

Qeyd edək ki, günün digər cavab qarşılaşması “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: