Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

A- A A+

UEFA-nın texniki müşahidəçilərindən ibarət qrupu 2023-2024-cü illər mövsümü üçün Çempionlar Liqasının simvolik komandasını tərtib edib.

NUHÇIXAN qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın tərkibinə turnirin finalçılarından – İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” klublarının dörd oyunçusu daxil edilib.

Siyahıda Almaniyanın digər təmsilçisi “Bavariya”nın hücumçusu Harri Keynlə turnirin bombardiri adını bölüşən Fransanın PSJ klubunun forvardı Kilian Mbappe yer almayıb. Onların hər ikisinin aktivində 8 qol var.

Qapıçı: Qreqor Kobel (“Borussiya Dortmund”)

Müdafiəçilər: Yan Matsen, Mats Hummels (hər ikisi “Borussiya Dortmund”), Antonio Rudiger, Daniel Karvaxal (“Real Madrid”)

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Marsel Sabitzer (“Borussiya Dortmund”), Cud Bellingem (“Real Madrid”)

Hücumçular: Vinisius Junior (“Real Madrid”), Fil Foden (“Mançester Siti”), Harri Keyn (“Bavariya”).

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniya təmsilçisi “Borussiya Dortmund”a 2:0 hesabı ilə qalib gələrək tarixində 15-ci dəfə bu titulun sahibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: