Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik.
NUHÇIXAN xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç şəxsi instaqram hesabında yazıb.
28 yaşlı yarımmüdafiəçi heyrətamiz mövsüm keçirdiklərini bildirib: "Bu, klubumuzun tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Bir çox unudulmaz anlar var. Lakin bunlar artıq keçmişdə qaldı. Növbədi addımlar haqqında düşünməliyik. Bu uzun marafonda iştirak edən hər kəsə, klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərimizə təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" cari mövsüm Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olub. UEFA Avropa Liqasında 1/8 finala qədər irəliləyən komanda bu raundda Almaniyanın "Bayer 04" klubuna uduzub - 2:2, 2:3.