“Qarabağ” qapıçısı Andrey Lunyovla vidalaşıb

A- A A+

“Qarabağ” komandası qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Ağdam təmsilçisindən NUHÇIXAN-a verilən məlumata görə, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından “köhlən atlar”da çıxış edən A. Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: