"Qalatasaray"ın futbolçusu oyun zamanı rəqibini yumruqla vurub

A- A A+

Qadınlardan ibarət Konqo Demokratik Respublikası millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rut Kipoyi Mərakeşlə yoldaşlıq görüşündə rəqibini yumruqla vurub.

NUHÇIXAN MSN.com portalına istinadən xəbər verir ki, meydan sahiblərinin hücumçusu yol verdiyi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq qovulub.

Hadisədən sonra stadionda ara qarışıb və dava düşüb. Qarşıdurma zamanı 26 yaşlı futbolçu yumruq zərbəsi ilə rəqibi Yasmin Mrabeti yerə yıxıb. Bir müddət sonra tərəflər sakitləşdirilib.

Qeyd edək ki, Rut Kipoyi daha sonra sosial şəbəkə hesabında Yasmin Mrabetdən üzr istəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: