Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotunun mənası bəlli olub.
NUHÇIXAN xəbər verir ki, Albert adlı ayı olan talisman məşhur uşaq oyuncağını xarakterizə edir.
Sözügedən ayının XX əsrin əvvələrində Almaniyada icad olunduğu bildirilir.
Maskotun adı UEFA-nın rəsmi saytında və bütün Avropada məktəblilər arasında səsvermə yolu ilə seçilib.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.